Azərbaycan təmsilçisi Diana Hacıyeva "Eurovision"da finala çıxdı (FOTO)
Mədəniyyət
10 May 2017 1:32

Azərbaycan təmsilçisi Diana Hacıyeva "Eurovision"da finala çıxdı (FOTO)


Bakı. Trend:

Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində 62-ci "Eurovision-2017" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirildi.

Trend-in məlumatına görə, birinci yarımfinalda 18 ölkələnin nümayəndələri çıxış edib və onlardan yalnız 10-u yarışın final mərhələsinə vəsiqə qazanıb.

Azərbaycanı təmsil edən Diana Hacıyeva (Səhnə təxəllüsü - Dijah) səhnəyə səkkizinci çıxaraq "Skeletons" mahnısını ifa edib və finala çıxıb. "Skeletons" mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byurmandır.

"Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsinə Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Posrtuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika təmsilçiləri vəsiqə qazandılar.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.


Azərbaycan təmsilçisi Diana Hacıyeva
Azərbaycan təmsilçisi Diana Hacıyeva
Azərbaycan təmsilçisi Diana Hacıyeva
Azərbaycan təmsilçisi Diana Hacıyeva
Azərbaycan təmsilçisi Diana Hacıyeva
Azərbaycan təmsilçisi Diana Hacıyeva
Azərbaycan təmsilçisi Diana Hacıyeva

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...