Sevdiyinizin gözünə 3 dəqiqə baxsanız... - İNANILMAZ HƏQİQƏT - FOTO
Maraqlı
10 İyul 2017 21:24

Sevdiyinizin gözünə 3 dəqiqə baxsanız... - İNANILMAZ HƏQİQƏT - FOTO


Milli.Az ailem.az-a istinadən sevgi haqqında təsdiqlənmiş 17 elmi həqiqəti təqdim edir. Bu yazıdan sonra siz də sevmək istəyəcəksiz.

- Qucaqlaşmaq insan ömrünü uzadır. Qucaqladığı insanla ürək döyüntüsü və bədən istiliyi bir-birini tənzimlədiyindən hər gün 20 dəqiqə qucaqlaşan cütlüklərin daha az ürək problemi yaşadığı və psixoloji problemlərlə nadir hallarda qarşılaşdığı deyilir.
 
- Qucaqlaşaraq yatmaq gün ərzində baş ağrısı riskini aşağı salır. Qucaqlaşarkən, öpüşərkən ifraz olunan oksitosin hormonu baş ağrısı müalicəsində istifadə olunan dərmanların ana maddəsidir.
 
- Stressli anda adi bir öpüş belə, stressi azaldır. Hətta stressli ikən sevdiyinin səni öpdüyünü düşünmək də stressi azaldır.
 
- Göz-gözə baxmaq. Bir-birinin gözlərinə 3 dəqiqə boyunca baxdıqda cütlüyün ürək döyüntüləri və nəfəs alıb vermələri tənzimlənir.
 
- Sevdiyin insanın şəklinə baxmaq o anda yaşanan fiziki ağrını azaldır.
 
- İlk baxışda sevgi tam başqadır. Bir insan saniyənin beşdə birində oksitosin ifraz etməklə aşiq ola bilər.
 
- Kişilərdə ilk baxışda aşiq olma nisbəti qadınlarla nisbətən daha yüksəkdir. Kişilərin 54%-i, qadınların isə 44%-i ilk baxışda aşiq ola bilir.
 
- Bir-birini cazibədar hesab etməyən insanların bir-birinə aşiq olma şansları yüksəkdir. Münasibətlərin 35%-i bu cür yaranıb.
 
- Sosial şəbəkələrdə tanış olub sevgili olanların 23-nün münasibəti evliliklə bitir.
 
- 1936-cı ildə evlənən Lionel və Ellen Buxton bir gecədən artıq ayrı qalmayıblar.
 
- Qu quşları tək erkəkli olurlar və ölənə qədər bir yerdə qalarlar.
 
- Dəniz atları da tək erkəklidirlər və quyruqları ilə bir-birindən tutunurlar.
 
- Yeni aşiq olan insanlarda tez-tez sevdiyini düşünməsinə səbəb olan hormonlar ifraz olunur. Buna görə ağılları havada olur sanki.
 
- Bir insan sevdiyi insanı əvvəl-əvvəl gözündə ideallaşdırır, müsbətlərini böyüdür və mənfilərini görmür. Buna görə "sevginin gözü kordur" deyirlər.
 
- Bütün bu səbəblərdən dolayı yaşanılan ayrılıq acısı gerçəkdir. Ürək ağrıları, nəfəs darlığına səbəb olur. Psixoloji olaraq da mənfi təsirlər yaradır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Ən şanssız qan qrupları

Ən şanssız qan qrupları

19 Noyabr 2017 22:14