Benzinin qiymətinin artması digər sahələrə təsir edəcəkmi? – İlham Şaban ŞƏRH EDİR
İqtisadiyyat
15 İyul 2017 17:48

Benzinin qiymətinin artması digər sahələrə təsir edəcəkmi? – İlham Şaban ŞƏRH EDİR


“Mənə elə gəlir ki, Tarif Şurasının dizelin qiymətini artırmaması məhz digər sahələrdəki qiymət artmının qarşısını almağa hesablanmışdı. Adətən yanacağın qiymətinin artması xidmət və ticarət sektorunda özünü göstərirdi. Ancaq nəzərə alsaq ki, hazırda ictimai nəqliyyat, şəhərlərarası nəqliyyat, kommersiya və xidmət sahələri dizel yanacağı ilə işləyir, ona görə də digər sahələrdə qiymət artımının gözlənməsi yanlış olardı”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı ekspert İlham Şaban benzinin qiymətinin qalxmasının digər sahələrə təsiri ilə bağlı sualı cavablandırarkən deyib. O, qiymət artımından şikayətlənənlərin bu sahədən bixəbər olduqlarını bildirib:

“Feysbukda sadəcə kor-koranə şəkildə Tarif Şurasının qərarını informasiya pressinqi altında qiymət artımı olacağı ilə əlaqələndirirlər. Mən özüm bu gün mağazalarda olmuşam və heç bir qiymət artımı ilə rastlaşmadım. İstənilən bir bölgədən kənd təsərrüfatı məhsulları Bakıya 99 faiz hallarda dizel yanacağı ilə gətirilir. Dizelin də qiyməti 60 qəpik olaraq qalır. Ona görə kimsə gəlib deyə bilməz ki, mən məhsulun qiymətini yanacağa görə qaldırmışam. Yaxud ictimai nəqliyyatda qiymət nəyə görə qalxamlıdır? “BakuBus”un avtobusları qazla, digər avtobuslar dizellə işləyir. İctimai nəqliyyatda qiymət artımı olacağını deyənlər sadəcə bu sahədən bixəbər olanlardır. Taksi xidmətlərinə baxsaq, onlarda dizellə işləyən avtomobillər çoxdur”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08