Lüis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub
İdman
17 İyul 2017 8:36

Lüis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub


Bakı. 17 iyul. REPORT.AZ/ "Mercedes" pilotu Lüis Hemilton Formula 1 üzrə Britaniya Qran Prisinin qalibi olub. "Report"un məlumatına görə, Silverstoun" trasında keçirilmiş yarışda ikinci yeri onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas tutub.
Üçüncü yerə isə "Ferrari"nin finlandiyalısı Kimi Raykonnen sahib olub.
Beləliklə, Hemilton karyerasında 5-ci dəfə vətənindəki Qran Prini qazanıb və bu göstəricidə həmyerlisi Cim Klark, eləcə də fransalı Alen Prostla bərabərləşib.
Cari mövsümdə 10 Qran Pridən sonra Lüis Hemilton 176 xalla 2-ci pillədədir. İlk pillədə cəmi 1 xal öndə olan "Ferrari" pilotu Sebastyan Fettel qərarlaşıb. Maşınların mübarizəsində isə 330 xalla "Mercedes" birinci, 275 xalı olan "Ferrari" ikincidir. Növbəti mərhələ 28 - 30 iyulda Macarıstanda olacaq.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR