“CinemaPlus”da əfsanəvi repçi Tupaka həsr olunan filmin premyera öncəsi nümayişi keçiriləcək
Şou-Biznes
17 İyul 2017 14:46

“CinemaPlus”da əfsanəvi repçi Tupaka həsr olunan filmin premyera öncəsi nümayişi keçiriləcək


Bakı. 17 iyul. REPORT.AZ/ “CinemaPlus Gənclik Mall” kinoteatrında iyulun 25-də əfsanəvi rep musiqiçi Tupak Şakura həsr olunan “2pac: Əfsanə” filminin qapalı premyera öncəsi nümayişi keçiriləcək.
"Report"un məlumatına görə, Benni Bumun rejissorluq etdiyi filmdə baş rolları Demetrius Şipp, Danay Cekesay və Qurira Katerina Qrehem, Enni İlonze və başqaları ifa edib.
Filmdə rep əfsanəsi Tupak Şakurun dramatik həyatının əsas səhifələri əks olunub. Dəfələrlə həbs olunan və müxtəlif məsələlərdə ittiham edilən qaradərili getto, kriminal münaqişələrin iştirakçısı dünya rep mədəniyyətinin ən nüfuzlu simasına çevrilib.
Tədbirdə qonaqları furşet və filmin ssenarisinə uyğun surprizlər gözləyir. Həmçinin, “2pac: Əfsanə” filmini hamıdan tez izləmək istəyənlər “CinemaPlus Gənclik Mall” kinoteatrın kassalarında artıq bilərləri əldə edə bilərlər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR