ABŞ-da şist neft hasilatı avqustda da artacaq
İqtisadiyyat
18 İyul 2017 14:11

ABŞ-da şist neft hasilatı avqustda da artacaq


Bakı. 18 iyul. REPORT.AZ/ ABŞ-da şist neft hasilatı avqust ayında da artaraq ardıcıl 8 ay artım göstərəcək. 
"Report" "Investing.ru" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) məlumat yayıb.
Agentliyin proqnoz hesabatında bildirilib ki, avqust ayında ABŞ-da şist neft hasilatı 112 min barel/gün və ya 2,05% artaraq 5,585 mln. barel/gün təşkil edəcək. ABŞ-ın ən böyük neft hövzəsi olan "Permian"da avqust ayında hasilatın 64 min barel/gün və ya 2,59% artaraq 2,535 mln. barel/günə, "Eagle Ford" sahəsində isə 27 min barel/gün və ya 1,99% artaraq 1,387 mln. barel/günə çatması gözlənilir.
EİA-nın proqnozlarına görə, ABŞ hasilatçıları iyun ayında 1 026 quyu qazıb, 872-ni istismara verib. Qazılmış, lakin istifadəyə verilməmiş ümumi quyuların sayı isə tarixi maksimuma (6 031 ədəd) çatıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR