Təyyarələrin hamısı niyə ağ rəngdədir?
Maraqlı
18 İyul 2017 21:24

Təyyarələrin hamısı niyə ağ rəngdədir?


Təyyarələrdəki çıxışların ikisi adətən öndə, ikisi də arxada olur. Eniş komandaları, kompleks idarə panelləri var. Ehtiyac vaxtı lazım olanda oksigen maskaları tavandan aşağı enir. Bunlar bütün kommersiya təyyarələrin ortaq nöqtələrindən bir neçəsidir. Amma bir ortaq nöqtələri də var. Təyyarələrin hamısı ağdır. Təyyarələr nə üçün tamamilə ağ rəngə boyanır?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, təyyarə üçün rezervasiya edəndə müxtəlif dizaynlı, rəngarəng və əyləncəli bir təyyarə seçmək daha zövqlü olmazdı? Yəqin ki, belədir! Ancaq kifayət qədər təhlükəsiz olmaya bilər.
Bütün təyyarələrin ağ rəngə boyanmasının əslində çox ciddi bir səbəbi var.
 
1 - Ağ rəng yağ sızmalarının, çatlama və buna bənzər problemlərin daha asan aşkar edilməsini təmin edir. Beləliklə, zədələr gözdən qaçmır.
2 - Ağ rəng səmada fərq edilməsi daha asan olan bir rəngdir.
3 - Orta məktəbdə fizika dərslərində keçdiyimiz kimi, ağ rəng şüaları əks etdirir, yəni xarici səthi açıq rənglidirsə, təyyarənin daha soyuq saxlanılması təmin olunur.
4 - Həmçinin sərnişin psixologiyası üzərində də təsiri var. Ağ rəng solmur. Solmuş rəngi olan bir təyyarə sizə necə bir inam yaradır? Yəqin ki, çox çəkməz...
 
Digər bir səbəb də ağ rəngin başqa təyyarə boyalarına görə nisbətən ucuz olmasıdır. Təbii ki, şirkət loqoları da ağ üzərində daha parlaq olur.
 
Amma yenə də əsas səbəbi təhlükəsizlik hesab edirik.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 24 oktyabr

Astroloji proqnoz - 24 oktyabr

24 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 23 oktyabr

Astroloji proqnoz - 23 oktyabr

23 Oktyabr 2017 00:08
loading...