"Samtredia"nın kapitanı: "Qarabağ" bizdən güclüdür və rəqibi təbrik edirəm"
İdman
19 İyul 2017 9:36

"Samtredia"nın kapitanı: "Qarabağ" bizdən güclüdür və rəqibi təbrik edirəm"


Bakı. 18 iyul. REPORT.AZ/ "Təəssüf ki, bu gün məğlub olduq. İlk növbədə, azarkeşlərimiz üçün qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Ola bilsin, bəxtimiz də gətirmədi. Çoxlu qol imkanlarımız da oldu. Gələn il də avrokuboklara vəsiqə qazansaq, ən yaxşı nəticəni göstərməyə çalışacağıq".
"Report"un məlumatına görə, bunu Gürcüstan "Samtredia"sının kapitanı Georgi Datunaişvili Tbilisidə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 32 yaşlı komandasının potensialının yüksək olduğunu söyləsə də, etiraf edib ki, "Qarabağ" hazırda daha güclüdür. 
Onun fikrincə, oyunun əvvəllərində "Samtredia" lehinə penalti təyin olunsaydı, oyun başqa cür davam edə bilərdi: "Xatırlayıram, "Çixura"da çıxış etdiyim vaxt "Bursaspor"la görüşürdük. Türkiyə təmsilçisi də "Qarabağ" kimi güclü komanda idi. Bizdən üstün oyun sərgiləməsinə baxmayaraq, qol vura bilmədi. Penaltilər seriyasında isə "Çixura" daha dəqiq olaraq, mərhələ adladı. İndi biz də oxşar situasiya ilə qarşılaşmışdıq. Erkən qol şanslarından və çoxsaylı imkanlardan yararlana bilmədik. Bununla belə, hesab edirəm ki, "Qarabağ" bizdən güclüdür və rəqibi mərhələ adlaması münasibətilə təbrik edirəm".
Qeyd edək ki, "Qarabağ" Bakıdakı görüşdə "Samtredia"nı 5:0 hesabı ilə yenib. İki oyunun yekununda mərhələ adlayan Azərbaycan təmsilçisinin Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bu axşam müəyyənləşəcək.      

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08