Tərtərdə 20 kəndin yolu yenidən qurulacaq
İqtisadiyyat
19 İyul 2017 10:11

Tərtərdə 20 kəndin yolu yenidən qurulacaq


Bakı. 19 iyul. REPORT.AZ/ Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisinə başlanılıb. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, uzunluğu 29,5 km olan avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur.
"Tikinti layihəsinə uyğun olaraq 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Bura 7 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2,5 metr enində çiyinlər də daxildir. Layihə çərçivəsində sözügedən yolun 18 km-lik hissəsində torpaq işləri görülərək yekunlaşdırılıb, asfaltlanma işlərinə başlanılıb. Belə ki, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınıb, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq yol yatağı, optimal-qırmadaş və qum-çınqıldan ibarət isə yol əsasının tikintisi aparılıb. Daha sonra asfaltlanma işlərinə başlanılıb. Ümumilikdə yolun 200 min kv.m-dən çox sahəsinə ikiqat olmaqla və 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək. Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun qalan 11,5 km-lik hissəsində isə hazırda torpaq işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yolun yaşayış məntəqələrindən keçən ərazilərində yeni piyada səkiləri qurulub, səkilərin kənarlarına 6 min p/m səki daşı düzülüb", - deyə məlumatda əlavə edilib.
Qeyd edək ki, yenidənqurma işləri çərçivəsində yolun 18-ci km-də Hincə çayı üzərində uzunluğu 12 metr olan və istismarı başa çatmış körpü də əsaslı şəkildə bərpa edilir. Bundan başqa, suların ötürülməsi üçün 42 yerdə müxtəlif diametrli dəmir-beton suötürücü borular da quraşdırılacaq.
Layihəyə uyğun tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə 189 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.  Bununla da Tərtərdə 24 min əhalinin yaşadığı 20 kəndin yolu yenidən qurulacaq.











loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08