Tramp məyus oldu
Dünya
19 İyul 2017 10:18

Tramp məyus oldu


ABŞ Prezidenti Donald Tramp yeni səhiyyə sığortası haqqında qanun layihəsinin Senatda qəbul edilməməsindən sonra açıqlama verib.

Publika.az xəbər verir ki, respublikaçı senatorların belə layihəyə dəstək verməməsi Trampa heç bir çıxış yolu qoymayıb. Qanun layihəsinin qəbul edilməməsinin ardınca prezident “xəyal qırıqlığı yaşadım” deyib.

Əvvəlki prezident Obamanın səhiyyə sisteminə rəsmən savaş elan edən və öz layihəsini tətbiq etmək istəyən Tramp prezident seçildiyi ilk gündən bu layihənin tətbiqi üçün çalışıb. Lakin prezidentin bu xəyalı öz partiyasının üzvləri üzündən gerçəkləşməyib.

Respublikaçıların Senatdakı lideri Makkonnel layihə ilə bağlı verdiyi açıqlamada hal-hazırda ABŞ-da tətbiq edilən “Obamacare” səhiyyə sisteminin tezliklə ləğv ediləcəyini, lakin onun yerini alacaq layihənin hələ ki, uğursuz olduğunu deyib. Bununla da Trampın layihəsi səsverməyə çıxarılmadan ləğv edilib.

Mövzu ilə bağlı Ağ Evdə açıqlama verən Tramp senatorların layihəni uğursuz adlandırmasını onu məyusluğa uğratdığını etiraf edib.

Zümrüd

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13