İrəvanla Moskva arasında BÖYÜK GƏRGİNLİK: Putin Ermənistana ordu yeridir - FOTOLAR
Digər
19 İyul 2017 10:23

İrəvanla Moskva arasında BÖYÜK GƏRGİNLİK: Putin Ermənistana ordu yeridir - FOTOLAR


Ermənistanda hakim rejimin Moskvadan asılı olduğu, Serj Sarkisyanın Kreml tərəfindən idarə edildiyi haqda fikirlər yenidən gündəmə gəlib.

Publika.az
xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyanın erməni mediasına verdiyi müsahibəsində Rusiya ilə əməkdaşlıq haqda dedikləri bu məsələni daha da qızışdırıb.

S.Sarkisyan Rusiya ilə əməkdaşlığın azaldılması fikirlərinin təhlükəli olduğunu bildirib.

“Rusiya ilə əməkdaşlığın azaldılması haqda deyilən sözlər ekstremal dərəcədə təhlükəlidir. Rusiya ilə əməkdaşlığı daraldıb kiminlə yaxınlaşmaq istəyirsiniz – Türkiyə və ya NATO ilə?! NATO qucağını açıb bizi gözləyir?!”, - deyə erməni prezident qeyd edib.

Erməni ekspert Naira Ayrumyan iddia edir ki, bu müsahibədən sonra Kremldən Sarkisyana zəng edilib.

“Kremldən edilən zəngdə Ermənistana atacağı yanlış addımda başına gələnlər xatırladılıb və təhlükələr sadalanıb”, - deyə o bildirib.

Ermənilər küçələrə axışdı



Bununla yanaşı, iyulun 17-də İrəvanda “Sasna srer” qiyamının ildönümü münasibətilə keçirilən etiraz yürüşündə də hakimiyyətin Rusiyadan asılılığı haqda fikirlər irəli sürülüb. Həmçinin, yürüşdə “Rejimə ölüm” və “Suveren Ermənistan” şüarları səsləndirilib. Yürüş edənlər Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin binası önündə toplaşıblar.

Yürüşdə iştirak edən “İrs” partiyasının üzvü, bu yaxınlarda ABŞ-dan qayıtmış David Sanasaryan bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Nazirliyi Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin maraqlarına xidmət edir: “Orada çalışanlar da Rusiya casusları və onların xidmətçiləridir”.

Dil qarşıdurması



Rusiya və Ermənistan arasında son günlər rus dili məsələsi də gərginliyə səbəb olub. Belə ki, Moskvaya səfər edən və Dövlət Dumasının spikeri Vyaçeslav Volodinlə görüşən Ermənistan parlamentinin spikeri Aroy Babloyan “Qırğızıstan və Belarus vətəndaşlarında olduğu kimi, Ermənistan vətəndaşlarının da sürücülük vəsiqələrinin Rusiyadan tanınması” istəyini irəli sürüb. Volodin cavab olaraq bildirib ki, rus dili Ermənistanda rəsmi dil statusu alarsa, Rusiya erməni vətəndaşların sürücülük vəsiqələrini tanıya bilər. Bu təklif Ermənistanda “Rusiya ölkəmizi tamamilə ələ keçirir” fikirlərinə səbəb olub. Ardınca İrəvan rəsmi olaraq rus dilinə xüsusi statusun verilməsi təklifini rədd edib.

Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan “Sputnik” agentliyinə açıqlamasında rus dilinin Ermənistanda rəsmi status almayacağını bildirib.

“Rus dili bizim üçün ümumdünya əhəmiyyətli dildir. Amma bizim çağırışlarımızda rus dilinə rəsmi dil statusunun verilməsi yoxdur və olmayacaq”, - Aşotyan deyib.

Putin ittifaqına göstərilən buynuz



Volodinin təklifinin rədd edildiyi gün “Çıxış” bloku Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması məsələsini gündəmə gətirəcəyini bəyan edib. Blokun parlamentdəki deputatı Qevorq Qorqisyan Azadlıq radiosunun erməni xidmətinə açıqlamasında bildirib ki, yaxın günlərdə belə təşşəbüslə çıxış edcəklər.

Xüsusi təyinatlılar İrəvana yeridilə bilər



Proseslərin inkişafı Ermənistanda anti-Rusiya ab-havasının yenidən gücləndiyini göstərir. İndiyə qədər Ermənistanda yaranan anti-Rusiya əhval-ruhiyyəsini söndürmək üçün Moskva müxtəlif “şirnikləndirici yollara” əl atıb. Lakin bir sıra erməni ekspertlər hesab edirlər ki, Rusiya bu dəfə daha sərt yol seçə bilər. Hətta Moskvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nəznində yaratdığı xüsusi təyinatlıları İrəvana yeridə biləcəyi haqda fikirlər səsləndirilir. Qeyd olunur ki, bu Ermənistan hakimiyyətinin dəvəti ilə mümkün ola bilər.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13