Bu kəndlərə gediş-gəliş asanlaşdı - FOTO/VİDEO
Ölkə
19 İyul 2017 10:23

Bu kəndlərə gediş-gəliş asanlaşdı - FOTO/VİDEO


24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı işlərə start verilib.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, uzunluğu 29,5 km olan avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur.

Tikinti layihəsinə uyğun olaraq 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Bura 7 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2.5 metr enində çiyinlər də daxildir.

Layihə çərçivəsində sözügedən yolun 18 km-lik hissəsində torpaq işləri görülərək yekunlaşdırılıb, asfaltlanma işlərinə başlanılıb. Belə ki, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınıb, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq ye yol yatağı, optimal-qırmadaş və qum-çınqıldan ibarət isə yol əsasının tikintisi aparılıb. Daha sonra asfaltlanma işlərinə başlanılıb. Ümumilikdə yolun 200 min m2-dən çox sahəsinə 2 qat olmaqla və 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək.

Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun qalan 11.5 km-lik hissəsində isə hazırda torpaq işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yolun yaşayış məntəqələrindən keçən ərazilərində yeni piyada səkiləri qurulub, səkilərin kənarlarına 6 min p/m səki daşı düzülüb.Yenidənqurma işləri çərçivəsində yolun 18-ci km-də Hincə çayı üzərində uzunluğu 12 metr olan və istismarı başa çatmış körpünün də əsaslı şəkildə bərpası işləri görülür. Bundan başqa suların ötürülməsi üçün 42 yerdə müxtəlif diametrli dəmir-beton suötürücü borular da quraşdırılacaq.

Layihəyə uyğun tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə 189 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

“Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq, ən əsası isə kənd təsərrüfatı daha da inkişaf edəcək.

Qeyd edək ki, yol Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən qurulur.




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13