Məktəblilər üçün yay düşərgələri - FOTO
Ölkə
19 İyul 2017 10:24

Məktəblilər üçün yay düşərgələri - FOTO


Bakı məktəbliləri üçün Qusar və Quba rayonları ərazisində yay düşərgələri təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, paytaxtın Səbail rayonu ümumi təhsil müəssisələrinin 150-dən çox şagirdi Qusar şəhərindəki, Nəsimi rayonu məktəblərində təhsil alan 200 şagird isə Qubada təşkil olunan yay istirahət düşərgələrinə yola salınıb. 

Məktəblilər düşərgələrdə dincəlməklə yanaşı, Qusar və Quba rayonlarının ərazisindəki səfalı və tarixi yerləri gəzir, idman yarışlarında, intellektual oyunlarda iştirak edirlər. Həmçinin, şagirdlər hərbi hissələrdə əsgərlərin gündəlik həyatı, hərbi hissədəki şərait, ordumuzun silah və texnikası ilə yaxından tanış olurlar.

Düşərgələrin təşkil edilməsində əsas məqsəd məktəblilərin yay istirahətinin səmərəli keçməsini, onların sağlam böyüməsini, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdən ibarətdir.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13