Putin və Tramp məxfi görüşdə nə danışdılar? – Ağ Evdən AÇIQLAMA
Dünya
19 İyul 2017 10:33

Putin və Tramp məxfi görüşdə nə danışdılar? – Ağ Evdən AÇIQLAMA


“Rusiya və ABŞ prezidentlərinin Hamburqda G20 sammiti çərçivəsində şam yeməyindən sonra keçirdiyi “qısa danışığı” dəyərli görüş adlandırmaq olmaz”.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evin nümayəndəsi jurnalistlərə bildirib.

“Tramp və Putin arasında heç bir “ikinci görüş” olmayıb, yalnız naharın sonunda edilən qısa danışıq idi. Ağ Evin ikinci görüş faktını gizlətməyə çalışması barədə deyilənlər yanlışdır və tamamilə cəfəngiyatdır”, - Amerika prezident administrasiyasının nümayəndəsi deyib.

ABŞ və Rusiya liderlərinin “məxfi görüşü” ətrafında qalmaqal “Eurasia Group” beynəlxalq konsultinq şirkətinin rəhbəri Yan Bremmerin müsahibəsindən sonra qopub. O, “Bloomberg” agentliyi ilə söhbətində bildirib ki, iki lider birinci rəsmi görüşdən sonra bir saata yaxın danışıqlar aparıb. Ağ Evin bu danışıq haqqında məlumat verməməsi isə “məxfi görüş” barədə iddiaların ortaya çıxmasına səbəb olub.

Məlumata görə, prezidentlər Hamburqda şam yeməyi zamanı görüşüblər. Donald Tramp ayağa qalxaraq Putinin yanındakı boş stolda əyləşib və yalnız Rusiya prezidentinin tərcüməçisinin iştirak etdiyi danışıqlar 1 saatdan artıq davam edib.

Xatırladaq ki, prezidentlərin sammit çərçivəsində 7 iyulda baş tutan rəsmi görüşü 2,5 saat davam etmişdi. Görüşün daha əvvəl 45 dəqiqə davam edəcəyi gözlənilirdi.

Ömər Dağlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08