Cəbhə bölgəsindəki 20 kəndin yolu yenidən qurulur - FOTO
Ölkə
19 İyul 2017 10:44

Cəbhə bölgəsindəki 20 kəndin yolu yenidən qurulur - FOTO


Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Tərtər rayonunun Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi ilə bağlı işlərə start verilib.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, uzunluğu 29,5 km olan avtomobil yolu III texniki dərəcəyə uyğun yenidən qurulur.

Tikinti layihəsinə uyğun olaraq 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 m təşkil edir. Bura 7 m enində hərəkət hissə və hər bir istiqamət üzrə 2,5 m enində çiyinlər də daxildir.  

Layihə çərçivəsində sözügedən yolun 18 km-lik hissəsində torpaq işləri görülərək yekunlaşdırılıb, asfaltlanma işlərinə başlanılıb. Belə ki, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənara daşınıb, əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə aparılaraq ye yol yatağı, optimal-qırmadaş və qum-çınqıldan ibarət isə yol əsasının tikintisi aparılıb. Daha sonra asfaltlanma işlərinə başlanılıb. Ümumilikdə yolun 200 min kv.m-dən çox sahəsinə 2 qat olmaqla və 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənəcək.

Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun qalan 11,5 km-lik hissəsində isə hazırda torpaq işləri görülür, yeni yol yatağı və yol əsası inşa edilir. Yolun yaşayış məntəqələrindən keçən ərazilərində yeni piyada səkiləri qurulub, səkilərin kənarlarına 6 min p/m səki daşı düzülüb.

Yenidənqurma işləri çərçivəsində yolun 18-ci km-də Hincə çayı üzərində uzunluğu 12 metr olan və istismarı başa çatmış körpünün də əsaslı şəkildə bərpası işləri görülür. Bundan başqa suların ötürülməsi üçün  42 yerdə müxtəlif diametrli dəmir-beton suötürücü borular da quraşdırılacaq.

Layihəyə uyğun tikinti işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə 189 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq, ən əsası isə kənd təsərrüfatı daha da inkişaf edəcək.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində











loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08