İnternet fenomeninə qonşuları nifrət edir - VİDEO - FOTO
Maraqlı
19 İyul 2017 10:54

İnternet fenomeninə qonşuları nifrət edir - VİDEO - FOTO


"Qonşularım məni sevmir. Hətta nifrət edirlər. Amma eynimə deyil. Həyatımı şən yaşayıram. Hesab edirəm ki, hər kəs sirki sevir və mən də qonşulara sirk göstərirəm".

Milli.Az KTLA-ya istinadən bildirir ki, 20 yaşlı amerikalı Ceyk Pol internet fenomenidir. Onun YouTube-dakı "Bizaardvark Disney Channel" kanalanını 8,5 milyon daimi təqibçisi var.

Sosial şəbəkələrdə "Dirk" kimi tanınan Ceyk Pol ekstravaqant, riskli əməlləri ilə məşhurdur. O, gah "Harley Davidson" motosiklini hovuza atır, gah mebelə od vurur, gah da həyətdə atəş açır, gah da evində onlarla qonağın qatıldığı səs-küylü partilər təşkil edir.

ABŞ-ın Los-Anceles şəhərinin Qərbi Hollivud səmtində villa alan Ceyk Pol qonşularını zinhara gətirib.

Polun qonşularından biri Maytal Dahan deyir: "Bura əvvəl gözəl, sakit, rahat küçə idi. O adam köçəndən bəri sank hərbi əməliyyatların getdiyi yerdə yaşayırıq. Onun buradan köçməsini, yaxud köçürülməsini tələb edirik".

İnternet fenomeninin qonşuları qərara gəliblər ki, polisə birgə müraciət ünvanlayaraq səs-küylü, birgə yaşayış prinsiplərini pozan Ceyk Polun qovulmasına nail olsunlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İnternet fenomeninə qonşuları nifrət edir












loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08