Nazirin qardaşına qarşı dələduzluq edən şəxsin məhkəmə istintaqı başa çatdı
Digər
19 İyul 2017 11:05

Nazirin qardaşına qarşı dələduzluq edən şəxsin məhkəmə istintaqı başa çatdı


 

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə davam edib. 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Samir Nəbiyev yenidən ifadə verib.

 

Bu zaman hər iki tərəf arasında mübahisə yaranıb.

 

Hakim hər iki tərəfin vəkilinə xəbərdarlıq edib.

 

Təqsirləndirilən şəxs Əlikram Camalovla mağazada tanış olduğunu deyib: "Daimi müştərim olub. Özü deyirdi ki, mən çox adama pul verib kömək eləmişəm. Mən də pul istədim. Ondan qazanc məqsədi ilə 18 min manat aldım, dedim hər ay pulun 10 faizini verəcəm. Buna görə ona 5 min manat faiz ödəmişəm. Sonra da 2500 dollar aldım, buna da 1500 dollar sələm vermişəm. Ölkədə dolların qiyməti qalxandan sonra dedi ki, pulun hamısını ver, dedim imkanım yoxdu. Sonra mənim biznesim iflas etməyə başladı, Əlikram müəllimin yanına gedib dedim ki, borcumun əvəzinə mağazadakı malları mayasından aşağı qiymətə götür, razılaşmadı, dedi pulumu nağd ver. Sonra mən mağazanı başqa yerə köçürdüm, yenə mal təklif etdim, istəmədilər".

 

Daha sonra prosesdə məhkəmə istintaqının tamamlandığı bildirilib.

 

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

 

Proses iyulun 26-da davam edəcək.

 

Qeyd edək ki, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində 

 qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.

S.Nəbiyev isə vəsaiti mənimsəyərək Camalova pulu qaytarmayıb. 

 

S.Nəbiyevə Cinayət Məcəlləsin 178.3.2(dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ikə ittiham verilib.

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13