Bakı metrosunda radiorabitə qurğuları yenilənir
İqtisadiyyat
19 İyul 2017 11:16

Bakı metrosunda radiorabitə qurğuları yenilənir


Bakı. 19 iyul. REPORT.AZ/ Bakı Metropolitenində istismarda olan qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitə təkmilləşdiriləcək. "Bakı Metropoliteni" QSC-dən "Report"a daxil olan məlumata görə, bu məqsədlə artıq qatarlarda mövcud radiostansiya qurğularının yeniləri ilə əvəzlənməsinə başlanılıb.
Qatarların maşinist kabinasında quraşdırılan yeni RVS tipli radiostansiyalar, səs gücləndiricilər və radioinformatorlar 1978-ci ildən istismarda olan əvvəlki analoqları ilə müqayisədə daha keyfiyyətlidir. Hazırda əvəzlənməkdə olan RTM tipli radiostansiyaların istismardan çıxarılmasına zərurət onların istehsalının dayandırılması, ehtiyat hissələrinin tapılmaması ilə yaranmışdı. Bu isə avadanlığa qulluğun hədsiz dərəcədə çətinləşməsinə gətirib çıxarmışdı. Ən əsası, dispetçerlə əlaqənin keyfiyyətinin də xeyli aşağı düşməsinə səbəb olmuşdur.
Qatarların hərəkəti zamanı təlimatçılar qatar maşinistinin işinə nəzarət edir, onu yönəldir və müxtəlif vəziyyətlərdə ona kömək edirlər. Gələcəkdə xidməti tələbat yaranarsa, yeni radiostansiyanın digər kanallarından da istifadə edilməsi mümkün olacaq. Bu avadanlıq qatarın hər iki başında maşinist kabinasında və onun idarəetmə şkafında quraşdırılır. Quraşdırma başa çatdıqdan sonra qatarlar yeni rabitə formatı ilə sınaqdan çıxarılaraq xəttə buraxılır.
"İlkin olaraq, 52 belə radiostansiyanın quraşdırılmasına başlanılıb. Mərhələli şəkildə təmirə dayanan qatarların hər birində yeni sistemin quraşdırılması davam edəcək",- deyə məlumatda qeyd edilib.





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08