Marixuana alverçisi tutuldu - FOTO
Ölkə
19 İyul 2017 11:34

Marixuana alverçisi tutuldu - FOTO


Qusar Rayon Polis Şöbəsi (RPŞ) Şahdağ Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Şahdağ PB-nə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Xudat şəhər sakini əvvəllər məhkum olunmuş Camo Harunov şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman bir ədəd kibrit qutusunun içində ümumi çəkisi 6,170 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq bölmə əməkdaşları tərəfindən C.Harunovun idarə etdiyi "Opel" markalı avtomobilə də baxış keçirilib. Nəqliyyat vasitəsinin yük yerindən isə əlavə olaraq 295 qram marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.      

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08