İnanılmaz kadrlar: qaçaraq qırıcını qabaqladı - VİDEO - FOTO
Maraqlı
19 İyul 2017 11:44

İnanılmaz kadrlar: qaçaraq qırıcını qabaqladı - VİDEO - FOTO


Çinin ən məşhur idmançılarından biri, sprinter Çjan Peymen yeni, fenomenal dünya rekordu vurub.

Milli.Az CCTV-yə istinadən bildirir ki, 200 metr məsafəni 20,47 saniyəyə qət edərək dünya rekordu vurmuş sprinter bu dəfə Çin istehsalı olan FTC-2000 qırıcısı ilə sürət yarışına çıxıb.

"The Aviation Industry Corporation of China"nın (AVİC) təşkil etdiyi testdə Çjan Peymenlə qırıcı təyyarə start xəttində idilər.

Məqsəd 50 metr məsafəni məşhur sprinterin, yaxud qırıcı təyyarənin tez qət edəcəyini müəyyənləşdirməkdir.

Çjan Peymen start götürərək var gücü ilə qaçmağa başlayıb və fenomenal nəticəyə nail olub.

O, 50 metri qırıcı təyyarədən daha tez qət edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İnanılmaz kadrlar: qaçaraq qırıcını qabaqladı









loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13