Ata islamı qəbul etmək istəyən 17 yaşlı qızını öldürdü - FOTO
Dünya
19 İyul 2017 11:54

Ata islamı qəbul etmək istəyən 17 yaşlı qızını öldürdü - FOTO


Ata qızını sevgilisinin müsəlman olduğuna görə bıçaqlayaraq öldürüb.

Milli.Az "Metro"ya istinadla bildirir ki, Sami Karra adlı 58 yaşlı kişi 17 yaşlı qızı Henriette Karranın ölümündən sonra həbs edilib. Qızın cəsədi onların İsrailin Ramle şəhərindəki evindən tapılıb.

Deyilənə görə, atanın qızını bıçaqlamasına səbəb onların arasında sevgilisi ilə bağlı yaranan mübahisə olub. Qız atasına həbsdəki müsəlman sevgilisinin istədiyi üçün İslamı qəbul edəcəyini söyləyib.

Jerusalem Post-un verdiyi məlumata görə, o, evdən qaçıb. Lakin qohumları onu evə qayıtmağa məcbur edib.

Qızın ölümündən öncə həbsxanadakı sevgilisinə məktub yazdığı məlum olub. O, məktubda onu öldürmək istəyən qohumları ilə bağlı dərdini bölüşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22