Axşam saatlarında evinə gedən qadına küçənin ortasında kabus yaşatdı
Dünya
19 İyul 2017 12:14

Axşam saatlarında evinə gedən qadına küçənin ortasında kabus yaşatdı


Bursada evinə gedən gənc qadına təcavüz edən şübhəliyə hökm oxunub.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, hadisə bu ilin fevral ayında baş verib. Dayanacaqda avtobusdan düşüb evinə gedən S.H.-nin (35) arxasına bir adam düşüb. Bir müddət gənc qadını təqib edən şübhəli sonra onu zorlamaq üçün hücum edib. Qadın müqavimət göstərərəkən, şübhəli onu döyərək qaçıb.

Qadın polisə xəbər verdikdən sonra, təhlükəsizlik kameralarını araşdıran Bursa Təhlükəsizlik İdarəsinin əməkdaşları şübhəlinin Həsən U. (23) olduğunu müəyyənləşdiriblər. Bir çox cinayətdə adı hallanan şübhəli Çekirge saxlanılıb. Təhlükəsizlik kamerasına əks olunan hadisədən sonra prokurorluğa aparılan şübhəli həbs olunub.

Şübhəli haqqında Bursa 4-cü Ağır Cəza Məhkəməsində 20 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb. Şübhəli: "Hadisə gecəsi narkotik istifadə etdim. Yol ilə getdiyim zaman qadını gördüm. Təqib etdim və yeraltı keçiddə hücum etdim. Qadın mənə müqavimət göstərib, ayağıma təpiklə vurdu. Bu məqamda bir nəfərin qışqırmağından sonra qaçdım", - deyib.

Məhkəmə təqsirkara 9 il həbs cəzası verib.

Məhəmməd Vaqif

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13