"Dedim əsəbimi sakitləşdirərəm" - Həyətində narkotik becərən şəxsin peşmançılığı - VİDEO - FOTO
Digər
19 İyul 2017 12:24

"Dedim əsəbimi sakitləşdirərəm" - Həyətində narkotik becərən şəxsin peşmançılığı - VİDEO - FOTO


Abşeron rayon polis idarəsinə Saray qəsəbəsində yaşayan 41 yaşlı Vüqar Bağırovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə narkotik bitki becərməsi barədə əməliyyat məlumatı daxil olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, həmin ünvana baxış zamanı çətənə kolları aşkarlanıb və bitki kolları çıxarılaraq məhv edilib.

Vüqar Bağırovun sözlərinə görə atası dünyasını dəyişmədən öncə onun sağlamlığı ilə əlaqədar binadakı mənzillərini satıb, Saray qəsəbəsində həyət evi alıblar. Sonradan o evin əvvəlki sahibinin narkotik bitki əkdiyindən xəbərdar olub. Dediyinə görə həyətindən bir neçə dəfə çətənə bitkisi cücərib. Ancaq o, bitkiləri qopararaq atıb. Bu dəfə isə şeytanın oyununa gəlib.

Vüqar Bağırov - Saxlanılan şəxs: "Keçən il də çıxmışdı, qırdım atdım. Çətənə də çıxmışdı, xaş-xaş deyilən şey var, çörəyin üstünə vururlar ondan da atmışam. Bu il 2 dənə balaca kol çıxdı, nə isə şeytan aldatdı. Əsgərlik vaxtımda istifadə etmişəm. Dedim elə qalıb, əsəbi sakitləşdirmək üçün arada bir istifadə edirəm. O da elə qaldı. Polislər gəlib aşkar etdilər. Çox peşmanam, gərək qırıb tullayardım".

Faktla bağlı Abşeron rayon polis idarəsində başlanan araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:




loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08