“Günəşli” yatağında hasilatın artırılması üçün yeni yanaşma üsulları hazırlanıb
İqtisadiyyat
19 İyul 2017 12:31

“Günəşli” yatağında hasilatın artırılması üçün yeni yanaşma üsulları hazırlanıb


Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətininn (SOCAR) baş ofisində “Günəşli” yatağında (Dayazsulu) hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company;” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsinin müzakirəsi ilə bağlı iclas keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, iclasda SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” institutunun direktoru Fəxrəddin İsmayılov, “McKinsey&Company;” şirkətinin layihə rəhbəri Otto van der Molen, eləcə də, hər iki şirkətin məsul mütəxəssisləri iştirak ediblər. İclasda “McKinsey&Company;” şirkətinin hazırladığı “Mayak” layihəsi barədə ətraflı məlumat verilib, “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması ilə bağlı təkliflər dinlənilib. Layihədə yataq üzrə əməliyyat xərclərinin optimallaşdırılması öz əksini tapıb. 
“McKinsey&Company” şirkəti tərəfindən “Günəşli” yatağında yaxın iki həftə ərzində ilkin tədqiqat işlərinin aparılması və təkliflərin verilməsi qərara alınıb, 2018-ci il üçün yataqda hasilatın ən az 7% artırılması barədə təklifin bir ay müddətinə təqdim olunması razılaşdırılıb. İclasda qeyd edilib ki, “Mayak” layihəsi əlavə xərclər çəkilmədən hasilatın artırılmasına xidmət edəcək.                               



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13