Sumqayıtda zəhərlənən FHN əməkdaşlarından YENİ XƏBƏR
Ölkə
19 İyul 2017 12:34

Sumqayıtda zəhərlənən FHN əməkdaşlarından YENİ XƏBƏR


Ötən gün Sumqayıt şəhərində 76-cı məhəllədə kanalizasiya quyusuna düşən şəxsi xilas edərkən zəhərlənən Fövqəladə Hallar Nazirliyinin (FHN) dörd işçisinin vəziyyəti dəyişməz olaraq qalır.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. 
 
Şöbə müdiri bildirib ki, FHN işçilərindən ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta-ağır olaraq qalır.
 
Qeyd edək ki, dünən Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin bir əməkdaşı kanalizasiya quyusuna düşən şəxsi xilas edərkən qazdan boğularaq dünyasını dəyişib. Eyni zamanda mülki vətəndaş da qazdan boğularaq ölüb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13