Yol polisini vurub qaçan şəxslə bağlı
Digər
19 İyul 2017 12:42

Yol polisini vurub qaçan şəxslə bağlı


Masallıda yol polisini avtomobillə vurub qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində naməlum şəxs idarə etdiyi "VAZ-21099" markalı avtomobillə həmin ərazidə xidmətdə olan Masallı RPŞ DYPB Yol Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Qoşqar Eynalovu qəsdən vuraraq hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilən Q.Eynalovun vəziyyəti qənaətbəxşdir.

Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Racik Məmmədov tutulub.

Masallı RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Mingəçevir su anbarında çimən şəxs batdı - FHN - Oxumaq üçün tıkla

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08