İslamiadada fərqlənən Azərbaycan ağırlıqqaldıranları mükafatlandırılıblar
İdman
19 İyul 2017 12:51

İslamiadada fərqlənən Azərbaycan ağırlıqqaldıranları mükafatlandırılıblar


Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) 6 aylıq hesabat iclası keçirilib. AAAF-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, federasiyanın Rəyasət Heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə qurumun 2017-ci ilin ilk yarısında gördüyü işlər, həyata keçirdiyi layihələr, əldə edilən uğurlar barədə danışılıb, rəsmi şəxslərin hesabat xarakterli çıxışları dinlənilib.
Gənclər və idman nazirinin müavini, AAAF-ın vitse-prezidenti İsmayıl İsmayılov ölkədə ağır atletikanın son zamanlar böyük populyarlıq qazandığını, sevilən idman növlərindən birinə çevrildiyini deyib. İ.İsmayılov bildirib ki, federasiya dopinqlə mübarizəyə böyük diqqət ayırır.
Federasiyanın baş katibi Rizvan Rəsulova ilk yarımil ərzində qatıldıqları yarışlar və əldə etdikləri nailiyyətlərdən danışıb. O, AAAF-ın maliyyə hesabatını açıqlayıb, gəlir və xərclər barədə məlumat verib. Bununla yanaşı, baş katib qeyd edib ki, AAAF dopinqlə mübarizəyə ciddi yanaşır, müəyyən tədbirlər həyata keçirir. Bunların arasında mütəmadi maarifləndirmənin aparılması, daxili dopinq-testlərin götürülməsi, dispanserizasiya və vitaminizasiyanın təşkili, qidalanmaya nəzarət, xüsusi bərpa və reabilitasiya mərkəzlərində müalicənin təmini və s. göstərmək olar.
AAAF-ın digər vitse-prezidenti Ruslan Xanverdiyev federasiyanın əsasən infrastruktur fəaliyyəti barədə geniş danışıb.
Tədbir zamanı AAAF-ın sabiq prezidenti Şüa Hüseynov, hakimlər Vahid Nəzərov və Qadir Babayev, AAAF Rəyasət Heyətinin üzvü Fəxri Ağayev də çıxış edərək öz rəy və təkliflərini bildiriblər.
Sonda "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında fərqlənən atletlər və onların məşqçiləri federasiya tərəfindən mənzil sertifikatları və pul mükafatları ilə təltif olunublar. Federasiya yarışın təşkilində əməyi keçənlərə də pul mükafatı təqdim edib. 


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08