Bu ixtisaslarda keçid balı endirildi - SİYAHI
Ölkə
19 İyul 2017 13:18

Bu ixtisaslarda keçid balı endirildi - SİYAHI


Bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.

Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, Dövlət İmtahan Mərkəzi Nizamnaməsinin 2.1.3. bəndinə əsasən ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir. Müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək və yaxın günlərdə nəşr olunacaq “Abituriyent” jurnalının 4-cü sayında ixtisas seçimi haqqında elan, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və s. haqqında ətraflı məlumat veriləcək.

Aşağıdakı cədvəllərdə həmin ixtisaslar,onların tədris olunacağı ali təhsil müəssisələri, eləcə də hər bir ixtisas qrupu üzrə ümumi müsabiqə şərtləri ilə tanış ola bilərsiniz.

Müsabiqə şərtləri:

Aşağıdakı cədvəllərdə qeyd olunan ixtisaslar və ali təh­sil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılır (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur):

I ixtisas qrupu üzrə:

Torpaqşünaslıq və aqrokimya

Lənkəran Dövlət Universiteti

Meşəçilik

Lənkəran Dövlət Universiteti

Qərb Universiteti

Aqronomluq

Lənkəran Dövlət Universiteti

Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

Naxçıvan Dövlət Universiteti

Texnologiya müəllimliyi

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi

Qərb Universiteti

Çoxişlənən malların texnologiyası mühəndisliyi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

İstehlak mallarının ekspertizası və marketinqi

Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Qərb Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Poliqrafiya mühəndisliyi

Qərb Universiteti

II ixtisas qrupu üzrə:

Marketinq

Azərbaycan Texnologiya Universiteti

Mingəçevir Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Azərbaycan Universiteti

Xəzər Universiteti

"Odlar Yurdu" Universiteti

Bakı Biznes Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

Kommersiya

Azərbaycan Kooperasiya Universiteti

Regionşünaslıq (regionlar üzrə)

Qərb Universiteti

Xəzər Universiteti

Bakı Avrasiya Universiteti

Turizm və otelçilik

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Mingəçevir Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı

Azərbaycan Kooperasiya Universiteti

Qərb Universiteti

Xəzər Universiteti

"Odlar Yurdu" Universiteti

Naxçıvan Universiteti

III ixtisas qrupu üzrə:

Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

Naxçıvan Dövlət Universiteti

Lənkəran Dövlət Universiteti

Sosial iş

Naxçıvan Dövlət Universiteti

Gəncə Dövlət Universiteti

Bakı Dövlət Universitetinin Qazax filialı

Azərbaycan Universiteti

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

IV ixtisas qrupu üzrə:

Baytarlıq

Lənkəran Dövlət Universiteti

Ekologiya

Lənkəran Dövlət Universiteti

Azərbaycan Kooperasiya Universiteti

Xatırladaq ki, ixtisas qrupları üzrə ümumi müsabiqə şərtlərinə gəldikdə isə, I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır. II və III ixtisas qrupları üzrə isə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir im­ta­han fənni istisna olmaqla qalan dörd imtahan fən­ninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yer­lər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az ol­ma­yan) abituriyentlər buraxılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13