Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçılarının görüşünün yekunu üzrə bəyannamə imzalanıb
Ölkə
19 İyul 2017 13:26

Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçılarının görüşünün yekunu üzrə bəyannamə imzalanıb


Bakı. 19 iyul. REPORT.AZ/ "Türkmənistan və Türkiyənin xarici işlər nazirləri ilə maraqlı müzakirələr apardıq, görüş zamanı əsas siyasi və iqtisadi məsələləri müzakirə etdik".
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Bakıda keçirilən dördüncü üçtərəfli görüşün yekunları üzrə mətbuat konfransında bəyan edib.
"Biz razılığa gəlmişik ki, gələn dəfə Türkmənistanda yığışaraq 2018-2020-ci illər üçün inkişaf üzrə yeni yol xəritəsini müzakirə edək", - Azərbaycanın XİN başçısı bildirib.
Onun sözlərinə görə, bugünkü görüş zamanı enerji məsələləri müzakirə olunub. "Gələn il TANAP üzrə Azərbaycan qazı Türkiyəyə nəql olunacaq", - o bildirib və qeyd edib ki, Türkmənistan da Cənubi Qaz Dəhlizinə maraq göstərir.
Məmmədyarovun sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq sahəsində də inkişaf var: "Gələn il Türkmənbaşı limanında genişləndirilmə işləri başa çatacaq və bundan sonra yük daşımalarının potensialı 25 mln. tona qədər artacağı, BTQ layihəsi də həyata keçiriləcək".
"Biz həmçinin regional məsələləri də müzakirə etdik və mən son danışıqlar və son hadisələr haqqında həmkarlarıma məlumat verdim", - Azərbaycan XİN rəhbəri deyib və qeyd edib ki, görüşün yekunları üzrə bəyannamə imzalanıb.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13