Türkiyənin XİN başçısı ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri artırmağa çağırıb
Ölkə
19 İyul 2017 13:31

Türkiyənin XİN başçısı ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsinin nizamlanması üzrə səyləri artırmağa çağırıb


Bakı. 19 iyul. REPORT.AZ/ "Biz həmişə Azərbaycanı dəstəkləməyə hazırıq və ATƏT-in Minsk Qrupundan səylərin artırılmasını tələb edirik".
"Report" xəbər verir ki, bu barədə Bakıda keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Füzuli rayonunun Alıxanlı kəndində iki yaşlı Zəhranın və onun nənəsinin ermənilərin açdığı atəş nəticəsində həlak olduğu 4 iyul hadisəsini şərh edən Çavuşoğlu ölənlərin ailəsinə və bütün Azərbaycan xalqına başsağlığı verib. "Ermənistan tərəfindən atəşin dayandırılmasını tələb edirik və Azərbaycanın işğal olunmuş torpaqlarından qoşunların çıxarılmasının zəruriliyini bir daha təsdiq edirik", - Türkiyə XİN rəhbəri deyib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13