"Ermənistan təxribatlara son qoymalıdır" - Mövlud Çavuşoğlu
Ölkə
19 İyul 2017 13:34

"Ermənistan təxribatlara son qoymalıdır" - Mövlud Çavuşoğlu


"Azərbaycan, Türkiyə və Türkmənistan arasında iqtisadi əməkdaşlıq sahəsində azalma var".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
 
O nəzərə çatdırıb ki, vəziyyəti bərpa etmək üçün potensial var.
Nazirin sözlərinə görə, BMT və beynəlxalq təşkilatlarda gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. N. Çavuşoğlu bildirib ki, Türkmənistanda keçiriləcək ölkə başçılarının zirvə görüşündə enerji məsələlərlə yanaşı digər sahələrdə əməkdaşlıq müzakirə olunacaq. O, ekspertlərin 2018-2020-ci illəri əhatə edən Azərbaycan-Türkmənistan-Türkiyə əməkdaşlığına dair "Yol xəritəsi" üzərində çalışdığını da söyləyib.
 
M. Çavuşoğlu ermənilərin hücumu nəticəsində Füzulidə şəhid olan iki mülki şəxsin ölümü ilə əlaqədar başsağlığı verib və Ermənistanı təxribatlara son qoymağa çağırıb.
 
"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Ermənistan silahlı qüvvələrinin işğalına son qoyulacağından sonra mümkündür. Türkiyə Azərbaycanın yanındadır. Ötən il Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edirəm", - deyə o vurğulayıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08