Könül Xasıyeva üçün bir araya gələcəklər
Digər
19 İyul 2017 14:04

Könül Xasıyeva üçün bir araya gələcəklər


Uzun müddətdir ağır xəstə olan xalq artisti Könül Xasıyeva ilə bağlı xeyriyyə tədbiri keçiriləcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, konsert iyulun 21-də saat 17:00-da baş tutacaq.

Muğam ifaçısına dəstək məqsədilə keçirilən tədbirdə sənət adamları iştirak edəcəklər.

Qeyd edək ki, onurğa iflicindən əziyyət çəkən ifaçı hazırda müalicə alır. Özü ilə yanaşı oğlu Kazımın da səhhətində problem olan ifaçı deyib ki, bütün var-dövlətini övladının müalicəsinə sərf edib. O, hətta hazırda evsiz olduğunu bildirib.

K.Xasıyevanın müalicəsini aparıcı Hacı Nuran Hüseynovun "Həyat" fondu qarşılayır.

Tədbirdən əldə olunan gəlir muğam ifaçısına veriləcək. Mərasim "Loqos" psixologiya və nitq mərkəzinin binasında olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13