Kərpic, şifer, şüşə yeyən qeyri-adi azərbaycanlı - VİDEO - FOTO
Ölkə
19 İyul 2017 14:14

Kərpic, şifer, şüşə yeyən qeyri-adi azərbaycanlı - VİDEO - FOTO


Ağstafa rayonunun Tatlı kənd sakini Bəxtiyar Qurbanovun 51 yaşı var. Onun şüşə yemək vərdişləri isə qürbətdə olanda yaranıb.

Milli.Az ARB 24-ə istinadla xəbər verir ki, o, uşaq yaşlarından Qazaxıstanda ucqar kənlərdən birində yaşayıb. Uzun müddət ərzaqsız qalan şəxs çıxış yolunu bu cür tapıb.

Bəxtiyar Qurbanov - Sakin: "Orada bir az aclığa düşdük. Heç nə yox idi. Dedik nə olar stəkandı, nəlbəkidi bunlar da yeməlidir. Onlardan yeməyə başladım mən. Mən torpağı, daşı götürüb yeyirdim. "Xrustal"da turş dad hiss edirəm. Saxsı qablar torpaq dadır. Bu stəkan və şüşələrdə dad yoxdur".

Deyirlər ki, insan ac olanda daşdan yumşaq nə olsa yeyər. Təbii ki, bu bir deyimdir. Amma Bəxtiyar Qurbanov bunu reallığa çevirib. Onun üçün ac qalmaq faciədir.

Bəxtiyar Qurbanov - Sakin: "Açığı deyim mən o şiferi də yeyərəm. Kərpicdi, kubikdi, dişim nəyi kəsirsə mən yeyirəm, qorxum yoxdur. Şampan butulkasını təmiz yemişəm. Mismar udmuşam".

Bəxtiyar deyir ki, bacarıqlarım bununla bitmir. Özümü universal insan sayıram. İstədiyimi əldə etmək üçün bütün peşələrə də yiyələnə bilərəm. O, hazırda bənnalıq edir. Rəssamdır. Bərbər işini də məharətlə görür.

Həmsöhbətim indi də bacardığı işlərlə məşğul olub gəlir əldə edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08