Nazirlərin Nyu-York görüşü hazırlanır
Digər
19 İyul 2017 14:33

Nazirlərin Nyu-York görüşü hazırlanır


“Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşünün keçirilməsini hazırlayırlar”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirilən Moskva-Vyana videokörpüsündə deyib.

Onun sözlərinə görə, həmsədrlər bundan sonra da tərəflərin təmasları sürdürülməsi üçün səylərini davam etdirir.

“Ən vacibi dialoqu saxlamaq, tərəflərin qarşıdurma səviyyəsinə keçməyinə imkan verməmək, regionda güc balansının pozulmasının qarşısını almaqdır. Minsk qrupunun həmsədrləri tərəflərlə ciddi şəkildə işləyir, məhz bu amil münaqişənin alovlanmasının qarşısını kəsir. Bundan əvvəl nazirlərin Brüssel görüşü təşkil edildi. Qarşıdakı Nyu-Yorkda görüşün keçirilməsi planlaşdırılır. Məqsəd daha yüksək səviyyədə təmasların qurulmasıdır”, - deyə o bildirib.

Asif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13