Ozancan Kökcü "Bursaspor"da növbəti matçına çıxdı
İdman
19 İyul 2017 14:44

Ozancan Kökcü "Bursaspor"da növbəti matçına çıxdı


Avstriyada təlim-məşq toplanışında olan "Bursaspor" ikinci yoldaşlıq görüşünü keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "ağ-yaşıllar" bu dəfə "İnqolştadt"la matçda qüvvəsini sınayıb.

İlk oyunda "Lids" üzərində böyükhesablı (3:0) qələbə qazanan Superliqa təmsilçisi Almaniya klubu ilə matçda qolsuz bərabərə qalıb. Azərbaycanın gənclər millisinin futbolçusu Ozancan Kökcü yenə meydana çıxıb. Baş məşqçi Pol Le Quen "Lids"lə qarşılaşmada olduğu kimi, "İnqolştadt" önündə də ikinci hissədə Ozancana şans verib. Yığmamızın digər üzvü Dəniz Yılmaz isə bu qarşılaşmada iştirak etməyib.
 
Qeyd edək ki, "Bursaspor"un Avstriya toplanışı iyulun 28-nə qədər davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08