Rusiya və Çinin hərbi texnikası birgə HƏRƏKƏTƏ KEÇDİ: İKİ GÜN SONRA... - FOTO
Dünya
19 İyul 2017 15:03

Rusiya və Çinin hərbi texnikası birgə HƏRƏKƏTƏ KEÇDİ: İKİ GÜN SONRA... - FOTO


Rusiya və Çinin hərbi dəniz donanmaları Baltik dənizində ilk dəfə birgə hərbi təlim keçirəcək.

Publika.az
xəbər verir ki, Çinin hərbi gəmilərinin bu həftənin cümə günü Rusiyanın Kalininqrad yaxınlığındakı “Baltijsk” bazasına çatacağı gözlənilir.

Bu proses NATO-da diqqətlə izlənilir. Şimal Alyansının sözçüsü Piers Cazalet Çinin hərbi gəmilərini diqqətlə izlədiklərini, üç gəminin Baltik dənizinə doğru yaxınlaşdığını açıqlayıb.

Çinin təlimə göndərdiyi gəmilər arasında 052D tipli ən müasir hərbi gəmi də var.

İsveç Müdafiə Nazirliyinin Araşdırma İnstitutunun mütəxəssisi Federik Vesterlund hesab edir ki, Rusiya və Çinin Baltik dənizində hərbi təlim keçirmək istəyi ən başda İngiltərə, Fransa və ABŞ-a mesajdır.

“Çinin Baltik dənizində hərbi təsirə malik olması üçün heç bir səbəb yoxdur. Bu baxımdan, təlim daha çox siyasi mesaj xarakteri daşıyır”, - deyə o bildirib.

Asif











loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22