Oğlu həbs olunan generaldan  SƏRT XƏBƏRDARLIQ
Ölkə
19 İyul 2017 15:04

Oğlu həbs olunan generaldan SƏRT XƏBƏRDARLIQ


Xəbər verdiyimiz kimi, bir həftə əvvəl prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi ölkə gündəmində geniş müzakirələrə səbəb olmuşdu. 

Məlumat üçün bildirək ki, generalın oğlunun döydüyü sürücü "Xaliq Faiqoğlu" şirkətinə məxsus avtobusu idarə edib. Son günlər isə bir sıra mətbuat orqanlarında məhz Rüstəm Orucovun həbsinin arxasında  "Xaliq Faiqoğlu" MMC-nin iştirak etdiyi vurğulanır və şirkətlə bağlı ittihamlar səsləndirilir.

Milli.Az xəbər verir ki, bu gün Novruzəli Orucov qafqazinfo ilə əlaqə saxlayaraq oğlunun  "Xaliq Faiqoğlu" şirkəti tərəfindən tutdurulması haqqında yazılanları cəfəngiyyat adlandırıb. O qeyd edib ki,  "Xaliq Faiqoğlu" şirkətinin rəhbərliyini bu günə kimi tanımayıb: "Şirkətlə heç bir əlaqəm olmayıb. Hadisə şirkətin sürücüsünün başına gəlib. Olay bu şirkətin yox, digər bir şirkətin də sürücüsü  ilə də yaşana bilərdi. Çox təəssüflər olsun ki, bu hadisə oldu. Şirkətlə bağlı heç bir şikayətim yoxdur. Jurnalistlər yazırlar ki,  guya ki, Faiq müəllim oğlumu tutdurub. Bunlar hamısı boş söhbətlərdir.

Yazırlar ki, oğlumun həbsindən sonra sürücüyə zəng edib onu şantaj etmişəm.  Əksinə, ona heç bir iradım yoxdur.  Nə sürücünün, nə də şirkətin bizə qarşı şikayəti var". 

Sabiq rəis müavini oğlu ilə görüşmədiyini qeyd edib:

"Oğlum həbs ediləndən sonra onunla görüşməmişəm. Əsasən vəkili və qardaşı görüşür. Qanuna uyğun olaraq görüş keçirilir. İstintaq gedir və yəqin ki, cəzasını alacaq". 

N. Orucov ailəsi haqda səsləndirilən fikirlərə sərt münasibət bildirib:

"Bütün saytlar mənim və ailəm haqqımda təhqir dolu  yazılar yayımlayır. İllərlə bu dövlətə qulluq etmişəm. Yazıların altında biabırçı söyüşlər yazırlar. Ayıbdır. Sizin  vasitənizlə müraciət edirəm ki, o təhqirləri yığışdırsınlar. Bu hər bir adamın başına gələ bilər. Əks halda, mən məhkəməyə müraciət etməli olacam".

General hazırda nə işlə məşğul olduğunu da açıqlayıb:

"Mən  heç nəylə maraqlanmıram. Sərəncam verildiyi gündən də evdə oturub nəvələrimlə oynayıram".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22