Vəkil Aleksandr Lapşinə bəraət verilməsini istəyib
Ölkə
19 İyul 2017 15:06

Vəkil Aleksandr Lapşinə bəraət verilməsini istəyib


Bakı. 19 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edib. 
O, A.Lapşinə bəraət verilməsini istəyib. 
Sonra bolqqerin özü son söz deyib.  
Hakimlər müşavirəyə gedib. Onların müşavirədən qayıtdıqdan sonra hökmü elan edəcəkləri gözlənilir. 
Qeyd edək ki, ötən prosesdə prokuror A.Lapşinə 6 il 6 ay cəza verilməsini istəmişdi. 
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08