911 nəfərin həyatla vidalaşdığı QORXUNC OLAY: hamısı eyni anda bunu etdi - FOTO
Digər
19 İyul 2017 15:18

911 nəfərin həyatla vidalaşdığı QORXUNC OLAY: hamısı eyni anda bunu etdi - FOTO


1978-ci ildə Qayanada dünyanın ən böyük kütləvi intihar hadisəsi baş verdi. Bu XX əsrin ən dəhşətli intiharı hesab olunur. Sui-qəsdi “Xalqların məbədi” adlı sektanın üzvləri həyata keçirdilər.

Publika.az xəbər verir ki, onlar öz seçimlərini “inqilabi intihar” adlandırdılar.

“Xalqların məbədi” (People’s Temple) dini cəmiyyətinin əsasını 1950-ci ildə amerikalı Cim Cons qoymuşdu. Sektanın əsas ideologiyası xristianlığı və sosializmi yaymaq idi. Cons insanları bura uşaq bağçası, pulsuz yeməkxana və tibbi yardım ilə cəlb edirdi.

Sektanın yaradıcısı iddia edirdi ki, o, özündə İsa peyğəmbəri, Buddanı və Lenini ehtiva edir.

1974-cü ildə “Xalqlar məbədi”nin bəzi üzvləri Qayananın cəngəlliklərinin birində ərazi kirayələdilər. Bu sahəni öz liderlərinin şərəfinə Constaun adlandırdılar.

1977-ci ildə Cim Consun özü də 900 nəfər davamçısı ilə birgə buraya gəldi. Böyük sektanın üzvləri Constaunda kənd təsərrüfatı ilə məşğul olur, ərazini yaşamaq üçün yararlı sahəyə çevirirdilər. Axşamlar isə, bir qayda olaraq, öz başçılarının ətrafında toplaşırdılar.

Kütləvi intihardan bir müddət əvvəl konqresmen Leo Rayan sektanın qərargahına səfər edir. O, qəsəbədəki insanların həyat tərzi haqda məlumat toplamaq haqda düşünür. Məlum olur ki, 10 nəfər buranı tərk etmək istəyir. Rayan təyyarə ilə onları ərazidən çıxartmağa nail olur. Təyyarə ABŞ ərazisinə eniş edəndə sekta üzvlərindən biri oldu silahdan atəş açaraq, konqresmeni qətlə yetirir.

Həmin axşam Cim Cons öz tərəfdaşlarını ətrafına toplayıb, bildirir ki, konqresmenin qətli onların nüfuzunu sarsıdıb, yeganə çıxış yolu kütləvi intihardır. Sektanın bütün üzvləri Consun qərarını təsdiqləyilər.

Gecə boyu sekta üzvləri böyük üzüm şirəsi çəlləyinə zəhər qatırlar. İçkini birinci uşaqlara içirdilər. Sonra isə, növbə ilə böyüklər də, içir.

Bu kütləvi intihar aktında 911 nəfər dünyasını dəyişdi. Cons isə gicgahına odlu silah sıxıb, intihar edir.

Bu dəhşətli hadisədən sonra sektanın cəmi 80 üzvü sağ qalır. Həmin insanlar öz razılıqları ilə qəsəbəni tərk edib gedənlər idi.

Məlum oldu ki, Cons qaçmaq istəyərkən onu ABŞ hərbçiləri qətlə yetiriblər.

Hadisə yerindən 911 cəsəd ABŞ-a aparılır. Digər bir məlumata görə isə, Constaunun sakinlərini də, ABŞ hərbçiləri zəhərləyib, öldürmüşdülər.

Kütləvi intihardan sonra Constaun ruhlar şəhərinə çevrildi. 80-ci illərdə yanğınsöndürənlər qəsəbəni yandırıb kül etdilər. Bu gün “Xalqlar məbədi” cəmiyyətinin fəaliyyəti ABŞ-da rəsmi qadağan olunub.

Leyla Sarabi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08