Yol polisindən sürücülərə və avtomobil sahiblərinə MÜRACİƏT
Ölkə
19 İyul 2017 15:23

Yol polisindən sürücülərə və avtomobil sahiblərinə MÜRACİƏT


DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Respublika ərazisində havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

BDYPİ-dən Publika.az-a verilən məlumata görə, müraciətdə bildirilir ki, respublikanın avtomobil yollarında yay mövsümündə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən qeydə alınmış qəzaların bir çoxu məhz günorta saatlarına təsadüf edir.

"Bunun da əsas səbəblərindən biri sürücülərin isti hava şəraitinin təsiri nəticəsində nəqliyyat vasitəsini idarə edərkən ətrafda cərəyan edən hadisələrə reaksiyalarının azalması, bəzi hallarda isə sükan arxasında yuxuya getmələridir. Qeyd olunanları, eləcə də iyul ayının 23-dək ölkə ərazisində havaların isti keçəcəyi, hətta bəzi yerlərdə temperaturun 40 dərəcəyə yüksələcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə günün isti vaxtlarında fərdi nəqliyyat vasitələrindən, xüsusilə soyuducu sistemlərlə təchiz olunmamış, istismar müddəti çox olan köhnə avtomobillərdən mümkün qədər az istifadə etsinlər, uzaq məsafəli səfərlərə çıxmasınlar.

Təxirəsalınmaz hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, iqlim şəraitinə uyğun olmayan fərdi minik avtomobillərindən istifadə etmək zərurəti olduğu halda isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə edilməsi tövsiyə olunur", - deyə müraciət deyilir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13