İlhaməyə "AA" seriyalı nömrəni kim hədiyyə edib? - AÇIQLAMA
Ölkə
19 İyul 2017 15:24

İlhaməyə "AA" seriyalı nömrəni kim hədiyyə edib? - AÇIQLAMA


Tanınmış teleaparıcı İlhamə Bədəlovanın "AA" seriyalı avtomobil idarə etməsi bir mənalı qarşılanmayıb.
 
Aparıcının bu nömrəni haradan və kimdən aldığı müzakirə mövzusuna çevrilib.
 
Milli.Az xəbər verir ki, azxeber.com məsələ ilə bağlı teleaparıcının özü ilə əlaqə saxlayıb. İlhamə Bədəlova deyib ki, mətbuatda yazılanların ona dəxli yoxdur:
 
"Bu haqda ümumiyyətlə danışmaq istəmirdim. Kim nə istəyir yazsın. Mən artıq məhkəməyə hazırlaşıram. Sosial şəbəkədə şərh yazan hər kəslə məhkəmədə görüşəcəm. Qoy o yazdıqları yazıları əsaslandırsınlar. Məni təhqir edənlərə o təhqiri yedizdirəcəm. Mən uşaq deyiləm. O yazanlar bir cümlənin ən azı birini sübut etsin, o biri cümlələri onlara bonus verəcəm"
 
İlhamə bir ara şou verilişi aparsa da, daha sonra səhiyyə verilişi ilə tamaşaçıların önünə çıxıb. Hətta iddia olunur ki, aparcının Səhiyyə Nazirliyi ilə yaxın əlaqələri var və nömrəni də ona Səhiyyə Naziri Oqtay Şirəliyev hədiyyə edib.  
 
Aparıcı bu məlumatı da təkzib edib və onu yayanları səviyyəsiz adlandırıb: "İnsanların ağzı torba deyil ki, tikim. Hamısı səviyyəsizdilər ağızlarına nə gəldi danışırlar. Mən nə edə bilərəm. Sadəcə deyə bilərəm ki, kim nə yazır, kim nə deyir ehtiyyatlı olsun, bütün yazılar saxlanılır, hamısına görə cavab verəcəklər."
 
Teleaparıcı "AA" seriyalı nömrəni nəcə əldə etməsinə sualına isə cavab verməyib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13