Təhsil naziri olimpiada qalibləri ilə görüşüb
Ölkə
19 İyul 2017 15:36

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb


Bakı. 19 iyul. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilər, onların müəllimləri və valideynləri ilə görüşüb.
Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib. 
Təhsil naziri olimpiada qaliblərini qazandıqları uğur münasibəti ilə təbrik edib, bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına əminliyini ifadə edib. 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəni təmsil edən şagirdlərin yüksək nailiyyətlərinə görə Azərbaycanın 78 ölkə arasında 15-ci yerdə qərarlaşdığını deyən təhsil naziri bu uğurların şagird və müəllimlərin gərgin əməyinin nəticəsi olduğunu bildirib. Nazir həmçinin, 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirildiyini, iki şagirdimizin bu olimpiadada bürünc medala layiq görüldüyünü xatırladıb.
Son illərdə azərbaycanlı şagirdlərin olimpiadalardakı yüksək nəticələrindən danışan M.Cabbarov bu prosesin təşkilinə xüsusi diqqət yetirildiyini qeyd edib.
M.V.Lomonosov adına MDU-nun Bakı filialının kimya fakültəsinin dekan müavini, komandanın rəhbəri İqrar Nəzərov bildirib ki, şagirdlər digər ölkələrin təmsilçilərindən iki-üç yaş kiçik olmalarına baxmayaraq böyük uğura imza atıblar. O, şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasının əhəmiyyətindən, tədris laboratoriyalarında medalçılar üçün yaradılan şəraitdən danışıb.
49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanan akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə, gümüş medalçı, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov və yarışın bürünc medalçısı, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli yarışla bağlı öz təəssüratlarını bölüşüblər.
Görüşün sonunda 49-cu Beynəlxalq Kimya Olimpiadasının qaliblərinə, komandanın rəhbəri və müəllimlərinə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunub.









loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13