Belarus Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
İqtisadiyyat
19 İyul 2017 15:36

Belarus Mərkəzi Bankı uçot dərəcəsini azaldıb


Bakı. 19 iyul. REPORT.AZ/ Belarus Milli Bankı (Mərkəzi Bank) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 13%-dən 12%-ə qədər azaldıb. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bununla yanaşı bankların likvidliyini təmin etmək məqsədilə aparılan ikitərəfli və daim açıq kreditlər üzrə faiz dərəcəsi 15%-dən 14%-ə endirilib.
Bankdan verilən məlumatda bildirilib ki, uçot dərəcəsinin azaldılmasına səbəb illik inflyasiyanın iyulun 1-nə 6,2% proqnozlaşdırılması göstərilib. Həmçinin qeyd olunub ki, uçot dərəcəsinin azaldıması pul təklifində yumşaq artım, tədiyyə balansının tarazlanması və valyuta bazarının dayanıqlılığı ilə dəstəklənib.
Qeyd edək ki, Belarus Milli Bankı bu il artıq 6-cı dəfədir ki, uçot dərəcəsini azaldır. İlin əvvəlində uçot dərəcəsi 18%-ə bərabər olub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13