Türkiyə hökumətinin tərkibi dəyişdi - TAM SİYAHI
Digər
19 İyul 2017 15:42

Türkiyə hökumətinin tərkibi dəyişdi - TAM SİYAHI


Türkiyə hökumətinin yeni tərkibi açıqlanıb. 
 
APA-nın məlumatına görə, bunu bu gün Türkiyənin baş naziri Binəli Yıldırım prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. 
 
Baş nazir müavinləri Bəkir Bozdağ, Meşmet Şimşək, Fikri İşık, Rəcəb Akdağ, Hakan Çavuşolu olub. 
 
Ədliyyə naziri Abdulhamit Gül, ailə və sosial siyasət naziri  Fatma Betül Sayan Kaya, Avropa Birliyi naziri Ömər Çelik, bilim və sənaye naziri Faruk Özlü, çalışma və sosial təminat naziri Julidə Sarı Əroğlu, ətraf mühit və şəhərçilik naziri Mehmet Özhaseki, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, gənclik və idman naziri Osman Aşkın, qida, kənd təsərrüfatı naziri Ahmet Əşraf, gömrük və ticarət naziri Bülənt Tüfəngçi, daxili işlər naziri Süleyman Soylu, inkişaf naziri Lütfi Əlvan, turizm və ətraf mühit naziri Numan Kurtulmuş, maliyyə naziri Naci Ağbal, təhsil naziri İsmət Yılmaz, müdafiə naziri Nurəddin Canikli, orman və su işləri naziri Veysəl Əroğlu, səhiyyə naziri Əhməd Əmircan, rabitə və nəqliyyat naziri Ahmet Arslan olub. 
 
Ümumilikdə, 5 baş nazir müavini və nazir Nazirlər Kabinetindən çıxıb, 6 şəxsin vəzifəsi dəyişib.
 
Tuğrul Türkeş və Veysi Kaynak baş nazir müavini, Mehmet Müezzinoğlu əmək və sosial təminat naziri, Akif Çağatay Kılıç gənclik və idman naziri, Faruk Çelik  qida, kənd təsərrüfatı naziri postlarını itiriblər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08