"Anji"nin erməni baş məşqçisinə qadınlarla işləməsi məsləhət görülüb
İdman
19 İyul 2017 16:06

"Anji"nin erməni baş məşqçisinə qadınlarla işləməsi məsləhət görülüb


Bakı. 19 iyul. REPORT.AZ/ Rusiyanın "Spartak" klubunun sabiq futbolçusu Valeri Reynqold "Anji"nin baş məşqçisi Aleksandr Qriqoryana peşəsini dəyişməyi məsləhət görüb. "Report"un məlumatına görə, 75 yaşlı ekspert "Sport den za dyom"a açıqlamasında erməni mütəxəssisin son müsahibəsindən şoka düşdüyünü bildirib.
O deyib: "Qriqoryanın müsahibəsini dinlədikdə ona demək istəyirəm: "Dostum, get, yaxşısı budur arvadlara məşq keç. "Anji" onun xidmətindən nə qədər tez imtina etsə, Premyer Liqada bir o qədər tez möhkəmlənədək. Hər insan məşqçi ola bilməz. O da ola bu cür təkəbbürlü oğlan!"
50 yaşlı mütəxəssis "Anji"yə yanvardan rəhbərlik edir. Onun komandası mövsümü 12-ci pillədə başa vurub. Cari mövsümün ilk turunda isə dağıstanlılar MOİK-ə 1:3 hesabı ilə uduzublar. Baş məşqçi ötən mövsüm müsahibələrindən birində "top-klub" ifadəsinin mənasını bilmədiyini söyləyib.
Qeyd edək ki, Aleksandr Qriqoryan "Anji"yədək iki qadın komandasının - Tolyatti "Lada"sı və Perm "Zvezda-2005"inin baş məşqçisi olub. Hazərda Mahaçqala komandasında əslən azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir. O, Moskva "Spartak"ından icarəyə götürülüb.  

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 20 dekabr

Astroloji proqnoz - 20 dekabr

20 Dekabr 2017 00:13
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08