Qaçırılan avtomobil Şamaxıda saxlanıldı
Ölkə
19 İyul 2017 16:14

Qaçırılan avtomobil Şamaxıda saxlanıldı


İyulun 19-na keçən gecə Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi"nə Qobustan qəsəbəsi ərazisində avtomobili qaçırılması barədə məlumat daxil olub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə gələn Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, saat 1.00 radələrində Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs Qobustan qəsəbəsinə gedəcəyini bildirib.

Qəsəbə ərazisinə çatanda həmin şəxs ona pul verməli olan bir nəfərin başqa bir avtomobildə gözlədiyini deyib, içkili olduğundan özünün düşə bilməyəcəyini, sürücüdən pulu həmin adamdan götürməsini xahiş edib. E.Dəmirov maşından düşən kimi həmin şəxs avtomobili sürərək oranı tərk edib. Aldadıldığını və avtomobilinin qaçırıldığını görən zərərçəkmiş polisə müraciət edib.

Əməliyyat qrupu məlumatı aidiyyatı üzrə ötürüb və maşının saxlanılması üçün təxirəsalınmaz tədbirlərə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə 11-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini, Elnur Baxışov olması müəyyən edilib.

Faktla əlaqədar Qaradağ RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22