Qara Qarayev: "Ciddi və diqqətli olacağımız bir mərhələyə keçirik"
İdman
19 İyul 2017 16:14

Qara Qarayev: "Ciddi və diqqətli olacağımız bir mərhələyə keçirik"


Çempionlar Liqasının III təsnifat mərhələsində "Samtredia" - "Qarabağ" matçından (1:0) sonra Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev bir sıra sualları cavablandırıb.

Milli.Az Goal.az-a istinadən həmin müsahibəni təqdim edir:

"Səfərdə ağır olacağını bilirdik. Qalib gəlmək istəyirdik. Reytinq üçün önəmli idi. Danışılası çox şey yoxdur. "Samtredia"dan çox şeyi örnək götürdüm. Onların aqressiyası və məğlub olmaq istəməmələri futbol adına gözəl idi. Azərbaycan xalqını və "Qarabağ" azarkeşlərini təbrik edirəm"
 
- "Samtredia"nı asan şəkildə keçmək III mərhələdə sizi arxayın etməyəcək?
- Öz adımdan danışacam. Ciddi və diqqətli olacağımız bir mərhələyə keçirik. Hər addımımız bizi böyük uğurlara apara bilər. Mən şəxsən növbəti oyuna başdan başlamış kimi baxacam. Bütün futbolçulara bunu tövsiyə edirəm.
 
- Neçə ildir ki, avrokuboklarda oynayırsan. III mərhələdəki potensial rəqibiniz məlum olduqdan sonra düşünmədin ki, asan rəqib düşüb?
- Mənim düşüncəm qarmaqarışıqdır. Bəzi insanların ola bilər ki, "Sherif" və "Kukesi" haqda az məlumata malik olsun. Potensial rəqiblərimizi bizdən zəif hesab edirlər. Ancaq mən belə fikirləşmirəm. Biz də əvvəlki illərdə özümüzdən güclü görünən "Twente" kimi klubları məğlub edib qrupa düşmüşük. "Sherif" - "Kukesi" cütünün qalibi ilə qarşılaşmalar bizim üçün ən çətin oyunlardan biri olacaq. Çünki hamı bizi üstün görür.
 
- İkinci hissədə müdafiədə boşluqlar oldu...
- Həqiqətən də boşluqlar oldu. Normaldı, rəqib öz meydanında oynayırdı. Təzyiq edirlər ki, qol vəziyyəti yaratsınlar. Şükürlər olsun ki, qalib gəldik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Türkiyədə zəlzələ

Türkiyədə zəlzələ

18 Yanvar 2018 02:32
Bakıda banka SİLAHLI BASQIN

Bakıda banka SİLAHLI BASQIN

18 Yanvar 2018 15:43
Tramp Rusiyanı ittiham etdi

Tramp Rusiyanı ittiham etdi

18 Yanvar 2018 00:47
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 13 yanvar

Astroloji proqnoz - 13 yanvar

13 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 21 dekabr

Astroloji proqnoz - 21 dekabr

21 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08