Binəli Yıldırım Türkiyənin yeni hökumətinin tərkibini açıqlayıb
Dünya
19 İyul 2017 16:31

Binəli Yıldırım Türkiyənin yeni hökumətinin tərkibini açıqlayıb


Bakı. 19 iyul. REPORT.AZ / Türkiyənin Baş naziri Binəli Yıldırım yeni hökumətin tərkibini açıqlayıb.
"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, ədliyyə naziri Bəkir Bozdağ və müdafiə naziri Fikri İşık baş nazirin müavinləri vəzifəsinə təyin ediliblər.
Ədalət və İnkişaf Partiyasından millət vəkili Hakan Çavuşoğlu həmçinin baş nazirin müavini vəzifəsini tutub.
Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu olub. Əbdülhamit Gül Türkiyənin ədliyyə naziri vəzifəsinə təyin olunub.
Mövlud Çavuşoğlu Türkiyənin XİN başçısı vəzifəsində qalıb. Berat Albayrak həmçinin energetika və təbii sərvətlər naziri vəzifəsini qoruyub saxlayıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13