Azərbaycanda casus qalmaqalı - Həbs olunanların sayı daha da arta bilər
Ölkə
19 İyul 2017 16:34

Azərbaycanda casus qalmaqalı - Həbs olunanların sayı daha da arta bilər


Azərbaycan xüsusi xidmət orqanları yüksək peşəkarlıq göstəriblər.

"Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi bu əks-kəşfiyyat tədbirlərinin xüsusiyyəti onun konkret casusluqla bağlı olması, bununla əlaqədar bütöv bütöv bir şəbəkənin fəaliyyətinin ifşa olunması və üzvlərinin saxlanılmasıdır. DTX-nın yaydığı məlumatın təhlili göstərir ki, bu əks-kəşfiyyat tədbirləri uzun müddətli və gərgin əməliyyat araşdırması nəticəsində baş verib. Casus şəbəkəsinin üzvlərinin məlumat toplanması, həmin məlumatların hərbi-siyasi xarakterli olması, tapşırıqların xarici ölkələrdən müxtəlif əlaqələr vasitəsilə alınmasının tam aşkarlanması və şəbəkə üzvlərinin həbs edilməsi elə-belə məsələ deyil, gərgin əməyin nəticəsidir".

Bu barədə Milli.Az-a açıqlamasında xüsusi xidmət orqanlarının sabiq əməkdaşı və yüksək rütbəli zabiti, "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov DTX-nın ölkədə casus şəbəkəsinin ifşası ilə nəticələnin əməliyyatını şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, əslində casusluğu ifşa etmək və casusları tutmaq çox çətin və uzun müddət tələb edən prosesdir: "Çünki casusluğa cəlb olunan insanlara həmişə tapşırıq verilir ki, heç bir iz buraxılmasın, əlaqələr ifşa olunmasın, tapşırıqlar üzə çıxmasın, əməliyyatlar əfsanələşdirilmiş formada aparılsın. Həmin şəbəkələr ifşa olunmamaq üçün öz casuslarını həmişə müxtəlif vasitələrlə qorumağa çalışırlar. Lakin belə bir böyük əməliyyatın keçirilməsi və onların dəlil-sübutlarla birgə saxlanılması göstərir ki, Azərbaycan xüsusi xidmət orqanları yüksək peşəkarlıq göstərə biliblər. Bu, onların böyük uğurudur. Əldə edilən faktlar, materiallar isə cinayətkarlara qarşı dəlil-sübut kimi istifadə olunacaq. Bilirsiniz, casusu tutmaq asandır, amma bunu sübut etmək, əsaslandırmaq daha çətindir. Bu baxımdan DTX-nın bu əməliyyatının yüksək peşəkarlıqla keçirildiyini söyləmək olar. Böyük ehtimalla, gələcəkdə ictimaiyyətə bununla bağlı daha geniş və dolğun məlumatlar veriləcək".

Qrup rəhbəri hesab edir ki, bu, Azərbaycan dövlətçiliyinin qorunması istiqamətində yeni bir addımdır: "Bu hadisə xarici dövlətlərin Azərbaycanda casusluq fəaliyyətinin qarşısının alınmasında yeni əməliyyat şəraitinin yaranması deməkdir. Düzdür, həbs olunanların hansı ölkənin lehinə casusluq etdiyi barədə məlumat verilmir. Amma ölkədən asılı olmayaraq, aydın məsələdir ki, bu fəaliyyət Azərbaycan dövlətinə, onun müstəqilliyinə, ordu və təhlükəsizlik sisteminə qarşı yönəldilibmiş. Cinayətkarlar isə öz cəzalarını mütləq alacaqlar".

Bununla yanaşı, sabiq xüsusi xidmət orqanı zabiti keçmiş təcrübəsinə əsaslanaraq qeyd edib ki, həbs olunanların sayı daha da arta bilər: "Çünki keçmiş MTN-nin fəaliyyəti dövründə ölkənin təhlükəsizlik sistemində müəyyən boşluqlar yaranmışdı. Təbii ki, xarici kəşfiyyat orqanları da bu boşluqlardan maksimum faydalanıb Azərbaycana qarşı casusluğa daha çox şəxsi cəlb etməyə çalışıblar. Bu qrupun ifşa olunaraq tutulması onu göstərir ki, DTX xarici xüsusi xidmət orqanlarının dövlətimizə qarşı məkrli niyyətlərinin, fəaliyyətlərinin qarşısını almağa qadirdir və bu proses davamlı olacaq. Ona görə də DTX tərəfindən belə bir şəbəkənin ifşa olunması böyük uğurdur və bizi çox sevindirir".
 

Azərbaycanda casus şəbəkəsi aşkarlandı - Xəyanətkar qaçmaq istəyərkən tutuldu

E.Ələsgərovun fikrincə,  bu hadisə eyni zamanda Azərbaycan vətəndaşlarına da ciddi bir siqnal olmalıdır: "İnsanlar daha ayıq-sayıq olmalı, belə hadisələrin şahidi olarlarsa, hətta qarşısındakılar xarici kəşfiyyat orqanları olsa belə, mütləq bu barədə müvafiq dövlət orqanlarına, ilk növbədə DTX-ya vaxtında məlumat verməlidirlər. Çünki müasir dünyada xüsusi xidmət orqanları daim aktiv fəaliyyətdədirlər. Təbii ki, Azərbaycanın ətrafında, ona qarşı da müəyyən qüvvələr fəaliyyət göstərirlər. Biz bunu unutmamalıyıq. Azərbaycan dövlətinin qorunması isə onun hər bir vətəndaşının, hər birimizin konstitusiya borcudur".

Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə Azərbaycan ərazisində casusluq edən 6 nəfərin cinayət əməli ifşa olunub. Onlar məhkəmə qərarları ilə həbs ediliblər. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə qarşılıqlı yazışmalar və ötürülməsi nəzərdə tutulan müxtəlif xarakterli məlumatlar aşkarlanaraq ələ keçirilib, casus şəbəkəsinin xarici xüsusi xidmət orqanlarının tapşırığı üzrə dövlət məmurları, ictimai xadimlər və digər dairələrə nüfuz etmək, Azərbaycan Respublikasının təhlükəsizlik orqanları, Silahlı Qüvvələri, ölkədə aparılan təhlükəsizlik tədbirləri barədə məxfi məlumatları toplamaq istiqamətində fəaliyyət göstərdiyi müəyyən edilib.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları #bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13