AMB-nin not hərracında tələb təklifi 2 dəfədən çox üstələyib
İqtisadiyyat
19 İyul 2017 16:41

AMB-nin not hərracında tələb təklifi 2 dəfədən çox üstələyib


Bakı. 19 iyul. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) dövlət qeydiyyatından keçmiş ümumi həcmi 200 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının (50100258S) yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” bu barədə BFB-yə istinadən xəbər verir.
Hərrac zamanı 15 investor tərəfindən 19 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 431 537 900 manat təşkil edib. Sifarişlər 99,1255 manat (11,34%)-99,2278 manat (10,01%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 99,2278 manat (10.01%), orta ölçülmüş qiymət 99,2278 manat (10,01%) səviyyəsində tərəfindən müəyyən edilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 200 mln. manat məbləğində müəyyənləşdirilib.
Notların ödəmə tarixi isə 16 avqust 2017-ci ildir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08